İlk proqram bir sətirdir. Faylın adı salam.py olsun. İçində print("Salam") yaz. Bu, ekrana Salam çıxarır.
Python kompüterdə quraşdırılmalıdır. python.org-dan götür. Qurandan sonra terminalı aç. Faylın durduğu qovluğa keç və python salam.py yaz.
python tapılmırsa, quraşdırma yolu əlavə etməyib. Qurucunu yenidən aç və yolu əlavə etməyi seç. Başqa redaktor lazım deyil. Bir mətn faylı kifayətdir.