Başlıqlar və abzaslar
h1–h6 iyerarxiyası və p elementi.
Bütün dərslər · HTML dərsləri: sıfırdan öyrən
Başlıqlar h1–h6
HTML altı səviyyəli başlıq verir:
ən vacib,
ən az vacibdir. Başlıqlar sənədin plan kimi quruluşunu yaradır, ona görə həm oxucular, həm ekran oxuyucuları, həm də axtarış sistemləri onlardan istifadə edir.

Azərbaycan şəhərləri

Bakı

Tarixi mərkəz

Şəki

- Səhifədə bir
olsun.
- Səviyyələri atlama: h2-dən sonra h4 yox, h3 gəlsin.
- Başlığı yalnız ölçü üçün seçmə; ölçünü CSS verir.
Abzaslar
Mətn
elementi ilə abzaslara bölünür. Brauzer abzaslar arasında boşluq qoyur. Sətri məcburi kəsmək lazım olanda (şeir, ünvan)
işlədilir; mövzu dəyişikliyini isə
ayırır.

İlk abzas bir fikri izah edir.

İkinci abzas yeni fikirdir.

Nibras Code
Bakı, Azərbaycan

Çoxlu boşluq lazımdırsa boş abzas yaratma; CSS-də margin və padding işlət. Uzun sitat üçün
, kod üçün  və
var.