Şəffaflıq

Nibras Code-a nə qədər güvənmək olar

Bu səhifə açıq yazır: kimik, fayllarla nə olur və nəyi vəd edirik, nəyi yox.

Kimik

Nibras Code müstəqil layihədir. Qurucusu Mahir Əliyevdir. Ofis və telefon yoxdur.

Rəsmi əlaqə yalnız e-poçtdur: nibrascode@gmail.com.

Fayllarınla nə olur

PDF, şəkil, QR, ZIP alətləri brauzerdə işləyir. Fayl serverə göndərilmir.

Nibras AI-yə yazdığın mətn cavab üçün serverə gedir. Şəxsi məlumat yazma.

Tətbiqlərin öz məxfilik səhifəsi var.

Saxta rəy yoxdur

Saytda uydurma ulduz, reytinq, rəy və ya yükləmə sayı yoxdur və olmayacaq.

Real reytinqlər Google Play-dədir. Saytda onları köçürmürük, yalnız mağazaya link veririk.

Xidmət səviyyəsi

Pulsuz alətlər

Brauzerdə işləyir, hesab lazım deyil. Mümkün qədər işlək saxlanılır, amma zəmanət yoxdur.

Tətbiqlər

Google Play və Huawei AppGallery linkləri realdır. Yeniləmələr mağaza vasitəsilə gəlir.

Nibras AI

Pulsuzdur. Bəzən yavaşlaya və ya müvəqqəti dayana bilər. Cavab səhv ola bilər, yoxla.

Xəta olarsa

nibrascode@gmail.com ünvanına yaz: hansı səhifə, nə baş verdi. Məktub oxunur.