Proqramlaşdırma

Linklər yaratmaq

a elementi, nisbi və mütləq ünvan, e-poçt linki.

Bütün dərslər · HTML dərsləri: sıfırdan öyrən

a elementi

Link  elementi ilə yaradılır, hədəf ünvan href atributunda yazılır. Link mətni məzmunu izah etməlidir: «bura bas» yox, «qiymət cədvəlini aç».

Open the price list
New tab

target="_blank" linki yeni vərəqdə açır; təhlükəsizlik üçün rel="noopener" əlavə et.

Mütləq və nisbi ünvan

Mütləq ünvan https:// ilə başlayır və başqa saytlara aparır. Nisbi ünvan öz saytındakı faylı cari səhifəyə nəzərən göstərir: about.html eyni qovluqda, ../index.html bir pillə yuxarıda, docs/guide.html alt qovluqda.

About
Home
Guide

Bölmə, e-poçt və telefon linkləri

Eyni səhifədə bölməyə keçmək üçün elementə id ver və #id ilə linklə. mailto: e-poçt proqramını, tel: isə zəng tətbiqini açır.

Go to contact

Contact

Write to us
Call us
• Linkin fərqli faylı (PDF) göstərdiyini mətndə yaz.

Müəllif: Nibras Code