Proqramlaşdırma

JavaScript: 8 AI dərsinin xülasəsi

API-dən agentə qədər nə öyrənildi və bundan sonra nə qurmaq olar.

Bütün dərslər · JavaScript dərsləri: sıfırdan öyrən

8 dərs

Hər dərs bir addımdır. Sıra belədir.

  1. API: fetch və POST ilə Gemini-yə sual göndərmək.
  2. async/await: cavabı gözləmək, xətanı try və catch ilə tutmaq.
  3. .env: açarı kodda saxlamamaq, .gitignore və Vercel dəyişəni.
  4. systemInstruction: gizli rol, uzunluq və imtina.
  5. Yaddaş: user və model növbəsi, massiv hər sorğuda gedir.
  6. JSON: responseMimeType və JSON.parse ilə test sualları.
  7. RAG: uyğun paraqrafı tap, yalnız ondan yaz.
  8. Agent: tools, functionCall və functionResponse.

Özün qura bilərsən

Bunlar saytda hazır alət deyil. Öyrənilən hissələrlə qurulan növbəti işlərdir.

  1. Çat səhifəsi: systemInstruction dəyişir, tarixçə massivdə qalır.
  2. Test səhifəsi: JSON sualları düymə olur, düzgün cavab sayılır.
  3. Lüğət: söz saxlanır, AI ondan bir cümlə qurur.

Sonra

  1. Veb səhifəni Capacitor və ya Expo ilə Android tətbiqinə çevirmək.
  2. Play Console-da qapalı test: tətbiq əvvəl kiçik tester qrupuna verilir.
  3. PDF parçalarını Supabase pgvector-da saxlayıb RAG axtarışı etmək.
  4. Giriş: hər istifadəçinin öz söhbət tarixçəsi olsun.

Müəllif: Nibras Code