APK xətaları

Gradle sync alınmadı

Xəta mətni

Gradle sync failed: Could not resolve all files for configuration ':app:debugRuntimeClasspath'.

Səbəb

Gradle layihənin asılılıqlarını yükləyə bilməyib. Çox vaxt internet, repozitoriya adresi və ya köhnə keş günahkardır.

Addım-addım həll

  1. Əvvəl xətanın ilk sətrinə bax. Hansı kitabxananın tapılmadığı orada yazılır.
  2. settings.gradle-də google() və mavenCentral() repozitoriyalarının olduğunu yoxla.
  3. Əmr sətrindən --refresh-dependencies ilə yenidən qur, keş təzələnsin.
  4. Korporativ şəbəkədə proxy varsa, gradle.properties içinə proxy ünvanını yaz.
  5. Kitabxananın versiyası həqiqətən mövcuddur? Versiya nömrəsini rəsmi səhifədə yoxla.

Nümunə əmrlər

./gradlew --stop
./gradlew assembleDebug --refresh-dependencies --stacktrace
./gradlew :app:dependencies --configuration debugRuntimeClasspath

Təkrarlanmasın deyə

Versiyaları bir yerdə, libs.versions.toml faylında saxla və dəyişəndə dərhal sync et.

Müəllif və lisenziya: Nibras Code