APK xətaları

Play: targetSdk səviyyəsi aşağıdır

Xəta mətni

Your app currently targets API level 33 and must target at least API level 34 to ensure it is built on the latest APIs optimized for security and performance.

Səbəb

Google Play yeni və yenilənən tətbiqlərdən müəyyən minimum targetSdk tələb edir. Aşağı olarsa yükləmə rədd olunur.

Addım-addım həll

  1. Play Console xəbərdarlığındakı tələb olunan API nömrəsini oxu.
  2. compileSdk və targetSdk-ı həmin nömrəyə qaldır.
  3. Android davranış dəyişikliklərini oxu: bildirişlər, fon xidmətləri, fayl icazələri.
  4. Tətbiqi yeni Android emulyatorunda bütün ekranlar üzrə sına.
  5. Yeni AAB qurub versionCode-u artırıb yüklə.

Nümunə əmrlər

android { defaultConfig { targetSdk = 34 } compileSdk = 34 }
./gradlew bundleRelease
adb shell am compat list    # davranış dəyişikliklərini sına

Təkrarlanmasın deyə

Hər il yeni tələb çıxmamış, yayda targetSdk-ı özün qaldır.

Müəllif və lisenziya: Nibras Code