Proqramlaşdırma

HTML formu: input, label və button

Sadə giriş formu qurmaq və sahə tipləri.

Bütün dərslər · HTML dərsləri: sıfırdan öyrən

Sadə form

<form action="/subscribe" method="post">
  <label for="email">Email</label>
  <input id="email" name="email" type="email" required>

  <label for="pw">Password</label>
  <input id="pw" name="pw" type="password" minlength="8" required>

  <button type="submit">Sign up</button>
</form>
  • <label for="id"> sahəyə bağlanır — üzərinə klik edəndə sahə aktiv olur və ekran oxuyucu oxuyur.
  • name atributu olmadan sahənin dəyəri göndərilmir.
  • required, minlength, type="email" brauzerdə sadə yoxlama verir; server yoxlaması yenə də lazımdır.

Sahə tipləri

Ən çox işlənənlər: text, email, password, number, date, checkbox, radio, file, tel. Uzun mətn üçün <textarea>, seçim siyahısı üçün <select>.

Müəllif: Nibras Code