Proqramlaşdırma

Semantik HTML: header, nav, main, footer nə üçündür?

Səhifəni mənalı hissələrə bölmək, əlçatanlıq və SEO.

Bütün dərslər · HTML dərsləri: sıfırdan öyrən

Niyə semantik teqlər?

<div> hər şeyə yarayır, amma heç nə demir. <nav>, <main> kimi teqlər brauzerə, ekran oxuyuculara və axtarış mühərriklərinə səhifənin hansı hissənin nə olduğunu bildirir.

Tipik səhifə quruluşu

<body>
  <header>
    <h1>My site</h1>
    <nav><a href="/">Home</a> <a href="/blog">Blog</a></nav>
  </header>
  <main>
    <article>
      <h2>Post title</h2>
      <p>…</p>
    </article>
    <aside>Related links</aside>
  </main>
  <footer>© 2026</footer>
</body>
  • Səhifədə bir <main> olsun.
  • Başlıqlar sıra ilə getsin: h1 → h2 → h3, səviyyə atlama.
  • Düymə üçün <button>, link üçün <a> işlət; <div onclick> klaviatura ilə işləmir.

Müəllif: Nibras Code