Proqramlaşdırma

Tətbiqdə abunə: RevenueCat

Play məhsulunu entitlement ilə yoxla. Android açarı goog_ ilə başlayır.

Bütün dərslər · JavaScript dərsləri: sıfırdan öyrən

Üç söz

Play və App Store ödənişini bir paneldən yoxlamaq üçün RevenueCat var. Tətbiq mağaza ilə birbaşa yox, onun SDK-sı ilə danışır. Product Play-dəki abunənin ID-sidir, məsələn monthly_pro. Entitlement ödənişin açarıdır, məsələn pro_access. Aktivdirsə siyahıda durur. Offering istifadəçiyə göstərilən paketlər qrupudur. Qiymət kodda yox, paneldə dəyişir.

Qoşmaq

Play Console-da Monetize, Subscriptions içində abunə yarat və ID ver. RevenueCat-də layihə aç. Google Cloud-dan Service Account JSON-unu al və panelə yüklə. Bu fayl gizlidir: GitHub-a qoyma. Sonra həmin məhsul ID-sini Products bölməsinə yaz. Tətbiqdə paketi quraşdırıb sync et. Android açarı goog_ ilə başlayır. Apple açarı appl_ ilə başlayır. Android-ə Apple açarını yazma.

npm install @revenuecat/purchases-capacitor
npx cap sync

Yoxla və al

configure tətbiq açılan kimi bir dəfə çağırılır. getCustomerInfo aktiv entitlement-i göstərir. Ad paneldəki ilə eyni olmalıdır, hərf fərqi sayılır. Paket offering-dən gəlir, qiyməti sən yazmırsan. İmtina userCancelled-dır. Real kartla yoxlama. Play-də License testing siyahısına test hesabını əlavə et.

import { Purchases } from "@revenuecat/purchases-capacitor";

await Purchases.configure({ apiKey: "goog_ACAR" });

const { customerInfo } = await Purchases.getCustomerInfo();
const aktiv = customerInfo.entitlements.active["pro_access"];

const offerings = await Purchases.getOfferings();
const paket = offerings.current?.availablePackages?.[0];
if (paket) {
  const { customerInfo: sonra } = await Purchases.purchasePackage({ aPackage: paket });
  const aldi = sonra.entitlements.active["pro_access"];
}

Suallar

goog_ və appl_ fərqi nədir? goog_ Android üçündür. appl_ Apple üçündür. Səhv platforma açarı sorğunu rədd edir.

pro_access niyə false qalır? Paneldəki ad ilə koddakı ad eyni deyil. Böyük hərf də fərqdir.

JSON faylını hara qoymaq olmaz? GitHub-a və tətbiqin içinə. Onu yalnız RevenueCat panelinə yüklə. goog_ açarı isə tətbiqdə qalır, o, ictimai açardır.

Müəllif: Nibras Code