Telefonda APK yığmaq: Termux və Gradle
Kompütersiz debug APK. Bu fayl Play-ə getmir, telefonda yoxlamaq üçündür.
Bütün dərslər · JavaScript dərsləri: sıfırdan öyrən
Termux-da alətlər
Kompüter olmadan telefonda debug APK yığmaq olar. Bu, mağaza faylı deyil. Play imzalı AAB istəyir. app-debug.apk yalnız öz telefonuna quraşdırıb yoxlamaq üçündür. Əvvəl Node.js, git və Java lazımdır. Java yoxdursa Gradle dayanır.
pkg update && pkg upgrade -y pkg install nodejs git openjdk-17 -y java -version
Layihə və APK
Layihəni klonla, paketləri yüklə, Capacitor yoxdursa əlavə et. npm run build veb faylları yığır. npx cap sync onları Android qovluğuna keçirir. Sonra android içində ./gradlew assembleDebug. İlk dəfə Gradle SDK-nı internetdən yükləyir, bir neçə dəqiqə çəkə bilər. BUILD SUCCESSFUL yazılandan sonra fayl buradadır: android/app/build/outputs/apk/debug/app-debug.apk
git clone https://github.com/istifadeci/proyekt-adi.git cd proyekt-adi npm install npm install @capacitor/core @capacitor/cli @capacitor/android npx cap init npx cap add android npm run build npx cap sync cd android ./gradlew assembleDebug
Suallar
Java not found nə deməkdir? JAVA_HOME yolu yoxdur. Termux-da default-jvm yolunu export et və əmri yenidən işlət.
Build niyə yarımçıq düşür? İlk Gradle böyük fayllar yükləyir. İnternet qopsa proses dayanır. Şəbəkə sabit olmalıdır.
Yaddaş niyə dolur? SDK və Gradle təxminən 1–2 GB tutur. Boş yer azdırsa yığılma bitmir. Bu APK Play-ə yüklənmir.
export JAVA_HOME=/data/data/com.termux/files/usr/lib/jvm/default-jvm