Proqramlaşdırma

Python-u hardan başlamaq? Nə qədər vaxt çəkir və JavaScript ilə fərqi

Yeni başlayanlar üçün plan, layihə fikirləri və dil seçimi.

Bütün dərslər · Python dərsləri: sıfırdan öyrən

Başlanğıc planı

  • 1–2 həftə: dəyişənlər, tiplər, if, dövrlər, funksiyalar.
  • 3–4 həftə: list, dict, fayllar, xətaların tutulması.
  • 2-ci ay: kiçik layihə — rəqəm tapmaca, qeyd dəftəri, hesab-kitab proqramı.
  • Sonra: yoxla — veb (Flask), data (pandas), avtomatlaşdırma.

Gündə 30–60 dəqiqə kifayətdir; əsas şey hər gün kod yazmaqdır. Təxmini müddət: əsasları 1–2 ayda öyrənmək olar, amma bu, hər adamda fərqlidir.

Python, yoxsa JavaScript?

Python sadə sintaksisi ilə ilk dil kimi məşhurdur və data, süni intellekt və avtomatlaşdırmada güclüdür. JavaScript brauzerdə işləyən yeganə dildir: saytlar və interaktiv səhifələr üçün lazımdır. Sayt düzəltmək istəyirsənsə HTML + JavaScript, data və avtomatlaşdırma istəyirsənsə Python seç.

Müəllif: Nibras Code