Proqramlaşdırma

Python xətaları: IndentationError, NameError, TypeError nə deməkdir?

Ən çox rast gəlinən xətaları oxumaq və düzəltmək.

Bütün dərslər · Python dərsləri: sıfırdan öyrən

Xəta mesajını necə oxumaq olar

Mesajın ən aşağı sətri xətanın növünü və səbəbini deyir; yuxarıdakı sətir isə hansı fayl və sətirdə baş verdiyini göstərir. Əvvəlcə aşağıdan oxu.

Tez-tez rast gəlinən xətalar

  • IndentationError — girinti səhvdir; bloku 4 boşluqla yaz və tab ilə boşluğu qarışdırma.
  • SyntaxError — iki nöqtə, mötərizə və ya dırnaq unudulub.
  • NameError — dəyişən təyin olunmamış və ya adı səhv yazılıb (Name ≠ name).
  • TypeError — tipi uyğun gəlməyən əməliyyat, məs. mətn + ədəd.
  • IndexError — siyahıda olmayan nömrəyə müraciət.
  • ModuleNotFoundError — kitabxana quraşdırılmayıb: pip install ad.
try:
    x = int(input("Number: "))
except ValueError:
    print("That was not a number")

Müəllif: Nibras Code