APK xətaları

C#-də ə hərfi sual işarəsi olur

Azərbaycan Windows-unda köhnə mətn cədvəli çox vaxt 1254-dür. Bu, türk cədvəlidir. İçində ü, ö, ş, ğ, ç, ı var. ə yoxdur. Encoding.GetEncoding(1254) həmin hərfi saxlaya bilmir və yerinə ? qoyur.

Faylı və konsolu UTF-8 et. 1254 yazma.

using System.Text;

Console.OutputEncoding = Encoding.UTF8;
File.WriteAllText("metn.txt", "Azərbaycan", new UTF8Encoding(encoderShouldEmitUTF8Identifier: true));