APK xətaları

Expo SDK versiyası uyğun gəlmir

Xəta mətni

The installed version of Expo Go is for SDK 51 but the project uses SDK 52.
Incompatible react-native version: expected 0.76.x, found 0.74.x

Səbəb

Layihənin SDK-sı, Expo Go və ya paketlərin versiyaları bir-birinə uyğun deyil. Hər SDK yalnız müəyyən React Native versiyası ilə işləyir.

Addım-addım həll

  1. package.json-da expo versiyasına bax: SDK nömrəsi odur.
  2. npx expo install --fix işlət: paketlər SDK-ya uyğun versiyaya düşür.
  3. Expo Go-nu mağazadan yenilə və ya development build istifadə et.
  4. npx expo-doctor qalan problemləri sadalayır.
  5. Keşi təmizlə: npx expo start --clear.

Nümunə əmrlər

npx expo install expo@latest
npx expo install --fix
npx expo-doctor
npx expo start --clear

Təkrarlanmasın deyə

Paketləri npm install yox, npx expo install ilə əlavə et.

Müəllif və lisenziya: Nibras Code