APK xətaları

PHP-də ə hərfi sual işarəsi olur

İki yer ayrıdır. Səhifə brauzerə nə göndərdiyini deməlidir. Baza bağlantısı isə mətni necə yazdığını.

Başlıq yoxdursa brauzer səhifəni sistem cədvəli ilə oxuya bilər. Bağlantıda charset yoxdursa MySQL mətni latin1 saya bilər. Hər iki yolda ə ? olur.

Faylın özü də UTF-8 saxlanmalıdır. PHP başlığı faylın içindəki baytı düzəltmir.

<?php
header("Content-Type: text/html; charset=utf-8");
$baglanti = new PDO(
    "mysql:host=127.0.0.1;dbname=magaza;charset=utf8mb4",
    "root",
    ""
);
echo "Azərbaycan";