APK xətaları

QR kod ə hərfinı qəbul etmir

Köhnə QR kitabxanası mətni latin-1 ilə yazır. ə o cədvəldə yoxdur. Kitabxana ya xəta atır (latin-1 codec can't encode), ya da hərfin yerinə ? qoyur.

UTF-8 bayt rejimi hərfi saxlayır. Şəkil düzdürsə və köhnə oxuyucu É™ göstərirsə, oxuyucu baytı səhv cədvəllə açır. İndiki telefon kamerası UTF-8 oxuyur.

import segno

segno.make("Azərbaycan", encoding="utf-8").save("kod.png", scale=8)